Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 10-a çatıb.
Türkiyənin Kartalkaya dağ-xizək kurortunda (Bolu vilayəti) baş verən yanğında 10
nəfər həlak olub. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.
Daha əvvəl 6 qurbanın olduğu bildirilmişdi. “Kartalkaya xizək mərkəzində baş verən yanğında ölənlərin sayı 10-a çatıb, 32 nəfər yaralanıb”, - nazir X-də yazıb.
Bolu valisi Əbdüləliz Aydın da, öz növbəsində, TRT Haber telekanalında yanğının, demək olar ki, nəzarət altına alındığını bildirib. Onun sözlərinə görə, prokurorluq hadisənin səbəblərini və şəraitini araşdırır.
P.ƏMİRCANOV
XQ