ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrini daha çox Amerika neft və qazı almağa başlamadıqları təqdirdə ticarət tarifləri ilə hədələyib. TASS xəbər verir ki, bu barədə prezident Ağ Evdə fərmanların imzalanması zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ və Aİ arasında ticarət kəsiri təxminən 300 milyard dollar təşkil edir. Tramp qeyd edib ki, bunun tariflər tətbiq etməklə “düzəldilməsi” lazımdır, əks halda Aİ Amerika neftini və qazını ala bilər.
“Onların [ticarət balanssızlığını] tez bir zamanda düzəltmək üçün edə biləcəkləri tək şey bizim neft və qazımızı almaqdır”, - Amerika lideri bildirib.
Yanvarın 20-də Ağ Evdəki ilk iş günündə Tramp bir saatdan az müddətdə onlarla sənəd imzalayıb. Xüsusilə, onların arasında ABŞ-ın Ukrayna və digər ölkələrə yardım proqramlarının 90 gün müddətinə dayandırılması ilə bağlı sənəd də var.
S.ELAY
XQ