Putin və Paşinyan Aİİ və Aİ çərçivəsində əməkdaşlığı müzakirə ediblər

post-img

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, onlar ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər. Bu barədə yanvarın 17-də Ermənistan hökuməti məlumat yayıb.

Xəbəri “İzvestiya.ru” verib. 

“Həmsöhbətçilər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında sədrliyinin yekunlarını, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşıda duran vəzifələri, eləcə də Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir. 

Kremldən verilən məlumata görə, söhbət zamanı Putin və Paşinyan bir sıra sahələrdə, xüsusilə enerji sahəsində inteqrasiya əməkdaşlığının dərinləşdirilməsi mövzusuna toxunublar. Aİİ çərçivəsində birgə işin praktiki üstünlükləri, o cümlədən Ermənistan iqtisadiyyatı üçün faydaları da qeyd edilib.

“Nikol Paşinyan Avropa İttifaqı ilə münasibətlər kontekstində İrəvanın son addımları ilə bağlı vəziyyəti izah edib”, - məlumatda deyilir.

Rusiya prezidenti də, öz növbəsində, bu məsələyə münasibət bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya