Qoşqar Təhməzli Ağcabədidə vətəndaşları qəbul edib

post-img

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 17-si Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. 

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.











Sosial həyat