Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib. Bu hüquqi rejim ən azı daha 90 gün qüvvədə qalacaq.
Bu barədə AZƏRTAC “Qolos”dan olan xalq deputatı Yaroslav Jeleznyakın “Telegram” kanalına istinadla məlumat yayıb.
Belə ki, xalq deputatları Prezident Vladimir Zelenski tərəfindən parlamentdə qeydə alınan 12404 və 12405 saylı qanun layihələrinə səs veriblər.
Hərbi vəziyyətin uzadılmasının lehinə 315 xalq deputatı səs verib.
Qeyd edək ki, Ali Rada artıq 14 dəfə ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması barədə qərar qəbul edib. Beləliklə, yeni qanun layihələri 2025-ci il fevralın 8-dən mayın 9-dək qüvvədə olacaq.
İndi dövlət başçısı müvafiq sənədləri imzalamalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev