İsveçrədə burqa və niqab geyinməyə qadağa qüvvəyə mindi

post-img

2025-ci il yanvarın 1-dən İsveçrə hakimiyyəti ictimai yerlərdə üzü tamamilə gizlədən geyim və qarderob əşyalarının, o cümlədən burqa və niqabın geyinilməsini qadağan edib. Bu barədə XQ TASS-a istinadən xəbər verir.

Qadağanın pozulmasına görə cərimələr 100 ilə 1 min İsveçrə frankı arasında dəyişir (110,2 dollardan 1102 dollara qədər).

İsveçrə əhalisi 2021-ci ilin martında keçirilən referendumda müvafiq təşəbbüsə səs verib. Həmin vaxt sorğuda iştirak edənlərin 51,2%-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sent-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.

Qadağa müsəlman dindarların geydiyi niqab və burka kimi geyimlərə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavaya təsir edəcək. İndi onları mağazalarda, restoranlarda, dövlət qurumlarında və ictimai nəqliyyatda taxmaq qadağandır. Bununla belə, üzü örtən geyim əşyaları yenə də ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq üçün geyinilə biləcək.

İsveçrə prezidenti Karin Keller-Sutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. Bunlardan, siyasətçinin qeyd etdiyi kimi, təxminən 20-30 qadın niqab taxır.

Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların mövcud olduğu Avropa ölkələri siyahısına qoşulub. Bunlara Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Hollandiya daxildir. Fransa ilk dəfə 2011-ci ildə üz örtüyü taxmağa qadağa qoyub.

S.ELAY

XQ

Dünya