Gürcüstan prezidenti Mixail Kavelaşvili bildirib ki, Tbilisi Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlamağa hazırdır. Onun sözlərinə görə, Gürcüstan heç vaxt Aİ-yə üzv olmaqdan imtina etməyib.
"Təəssüf ki, bu cür fərziyyələr cəmiyyətimizi qütbləşdirməyə xidmət edir, ona görə də bu fərziyyələrə həqiqətlə qarşı çıxmaq bizim borcumuzdur və Gürcüstan Avropaya inteqrasiya istiqamətində öz kursundan dönməyib", - deyə cənab Kavelaşvili Gürcüstan səfirlərinin illik konfransında bildirib. Prezident ABŞ-la münasibətlərin dərinləşdirilməsini ölkə üçün daha bir prioritet adlandırıb. Cənab Kavelaşvili həmçinin bildirib ki, ölkəni birləşdirmək üçün sülh və diplomatik fəaliyyət göstərməlidir.
Mixail Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da baş tutub. Həmin gün ölkədə sayca 32-ci olan etiraz mitinqi keçirilib. Gürcüstanda mitinqlərin yeni dalğası hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarına görə başlayıb. Avropa İttifaqı hələ 2014-cü ildə Gürcüstanla assosiasiya sazişi imzalayıb.
S.ELAY
XQ