Cənubi Koreyada qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsində 179 nəfər ölüb

post-img

Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

Dünya