Türkiyənin Daxili İşlər Nazirliyi: Üç həftə ərzində İŞİD terrorçuları ilə əlaqədə olmaqda şübhəli bilinən 182 nəfər saxlanılıb

post-img

Son üç həftə ərzində Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 182 nəfər saxlanılıb. Onlardan 43-ü məhkəmənin qərarı ilə həbs edilib.

AZƏRTAC xəbər verir ki, bun barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir qeyd edib ki, əməliyyat ölkənin 22 vilayətində, o cümlədən Ankara, Adana, İstanbul, İzmir və Qaziantepdə aparılıb.

Əməliyyatların gedişi Türkiyə Jandarma Komandanlığı yanında Terrorla Mübarizə İdarəsi tərəfindən koordinasiya edilib.

Saxlanılanlar terror təşkilatlarında iştirak etməkdə və ya onlara yardım etməkdə, habelə qadağan olunmuş təşkilatların ideyalarını maliyyələşdirməkdə və təbliğ etməkdə ittiham olunurlar.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya