Pakistanın şimal-qərbində Əfqanıstanla sərhəd yaxınlığındakı hərbi keçid məntəqəsinə terror hücumu nəticəsində 16 hərbçi həlak olub.
Pakistan mətbuatının yaydığı məlumata görə Cənubi Vəziristan əyalətinin Makin şəhərində baş verən hücumda səkkiz terrorçu məhv edilib.
Pakistan ordusunun iki gün əvvəl yaydığı məlumatda isə bildirilir ki, dekabr ayının əvvəlindən silahlı qüvvələrin ölkənin şimal-qərb və cənub-qərb əyalətlərində keçirdiyi əməliyyatlar zamanı azı 43 terrorçu öldürülüb.
Bu günkü terrorçuluq aktına görə məsuliyyəti Pakistanda qeyri-qanuni fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad