Türkiyə Suriyada həm Rusiya, həm də Amerika xarici hərbi bazalarının olmasını dəstəkləmir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "France 24" kanalına müsahibəsində deyib.
“Əlbəttə, biz Suriyada heç bir bazanın olmasının tərəfdarı deyilik - təkcə Rusiyanın deyil, digərlərinin də. Bu, Suriya xalqının qərarı olmalıdır", - nazir bildirib.
Hakan Fidan qeyd edib ki, indi hər kəs Rusiya bölmələrinin Suriyanın dərinliklərindəki bazalardan sahilə doğru yerdəyişməsi prosesini görür. Lakin Ankara ABŞ-ın əksinə, Suriyadakı qoşunlarının sayını artırdığını müşahidə edir.
"Biz indicə öyrəndik ki, ABŞ... insanlar Suriyada 900 əsgəri olduğunu düşünürdülər, lakin Pentaqon indicə Suriyada faktiki olaraq 2000 Amerika əsgərinin olduğunu bildirdi. Onların Suriyadakı mövcudluğunun iki dəfədən çox artdığını bilirdinizmi? Deyirlər ki, bu, İŞİD-lə mübarizə üçündür", - deyə nazir bildirib.
S.ELAY
XQ