Prezident Vladimir Putin bildirib ki, Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır, ancaq bu, Rusiyanın maraqları çərçivəsində olmalıdır. O qeyd edib ki, Moskva Vaşinqtonla qarşılıqlı əlaqədə olmaq istəyini heç vaxt itirməyib.
Jurnalist Pavel Zarubin "İlin yekunları "ndan sonra prezidentdən ABŞ-ın Rusiya ilə ikitərəfli münasibətləri" basdırdığı" "dərin çuxurdan" çıxmağın mümkün olub-olmadığını soruşub. Dövlət başçısı deyib ki, hər şey mümkündür.
"İstək varsa, hər şeyi etmək olar. Bu istəyimiz heç vaxt itməyib. Vəziyyətin elə dəyişdiyini görsək ki, başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var, o zaman biz buna hazırıq”, - deyə Vladimir Putin bildirib. Dövlət başçısı ilə söhbətdən bir hissə jurnalistin Telegram kanalında yayımlanıb.
Prezident vurğulayıb ki, beynəlxalq münasibətlər dəyişkəndir, lakin Rusiya həmişə öz maraqlarını nəzərə alaraq hərəkət edəcək. “Fakt budur ki, hər şey dəyişir. Yalnız maraqlar dəyişməz qalır. Bu işdə maraqlar Rusiya və onun xalqıdır”, - deyə prezident bildirib.
S.ELAY
XQ