Aİ liderləri Brüsseldə keçirilən görüşündə Ukraynaya dəstək məsələlərini müzakirə ediblər. Polşa prezidenti Anjey Duda Avropa maliyyə institutlarında dondurulmuş 260 milyard avroluq Rusiya aktivlərinin müsadirə edilməsini və Ukraynaya kömək məqsədilə yönəldilməsini təklif edib.
Bu barədə “Financial Times” (FT) ğzünün mənbələrinə istinadən yazır. Mılumata görə, Almaniya Kansleri Olaf Şolts bu təklifdən “qəzəblənib”.
Qəzetin yazdığı kimi, cənab Şolts belə bir qərarın Avropa maliyyə bazarlarının sabitliyinə ciddi mənfi təsir göstərə biləcəyini söyləyib: “Sən bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsən. Siz avrodan da istifadə etmirsiniz!”
Qəzet qeyd edib ki, Ukraynanın Qərb müttəfiqləri tərəfindən dəfələrlə müzakirə edilən Rusiya aktivlərinin müsadirəsi ideyası ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənir. Almaniya, Fransa və İtaliya buna qarşıdır.
P.ƏMİRCANOV
XQ