Türkiyə Rusiyadan aldığı qaz üçün “Qazprombank”a ödəniş məsələsində ABŞ-dan istisna almağa nail olub. Bu barədə NTV telekanalı Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparlaslan Bayraktara istinadən məlumat yayıb.
“Türkiyə ABŞ-dan “Qazprombank” üçün istisna alıb, Türkiyə qazın pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edəcək”, - deyə nazir bildirib.
Noyabrın sonunda ABŞ “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib, Rusiya qazı və nefti üçün xarici ödənişlər onun vasitəsilə edilir. Bundan sonra Türkiyə sanksiyaların ona mənfi təsir etdiyini bəyan edərək, ABŞ-dan Rusiya qazı üçün ödəniş edərkən “Qazprombank”a da istisna edilməsini istəyib.
P.ƏMİRCANOV
XQ