Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə hazırlaşır, Moskva hərbi planlaşdırmada bu riskləri nəzərə alır və Qərbə bununla eksperiment aparmağı məsləhət görmür. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. Məlumatı TASS verib.
“Vəziyyəti belə bir eksperimentə qədər gətirib çıxarmaq heç kəsin marağına uyğun deyil. Rusiya bizim hərbi imkanlarımızın nümayişi də daxil olmaqla, birbaşa toqquşmaya yol verməməyə çalışır. Belə deməyə tam əsas var ki, bizimlə “güc sınamağın” mümkün nəticələri barədə siqnallarımı o tərəfdə nəzərə alınır”, - deyə o bildirib.
“Bir sözlə, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bizim hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və onun müttəfiqləri tərəfindən rədd edildi. NATO-nun aqressiv hərəkətləri və bununla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı birbaşa risklər hərbi quruculuq və müdafiəmizin planlaşdırilması prosesində nəzərə alınır”, - diplomat deyib və əlavə edib ki, istənilən ssenaridə Rusiyanın təhlükəsizliyi təmin olunacaq.
Qruşkonun sözlərinə görə, NATO-nun ümumi kursu həm Rusiya, həm də qlobal və regional təhlükəsizliyin ümumi arxitekturasına təhlükə yaradır.
P.ƏMİRCANOV
XQ