Ərdoğan: Bütün terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görəcəyik

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibini Esenboğa hava limanında qarşılayıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyada baş verən son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin öz milli təhlükəsizliyi çərçivəsində Suriyada fəaliyyət göstərən bütün terror təşkilatları PKK/PYD/YPG və İŞİD-ə qarşı qabaqlayıcı tədbirlər görəcəyini bildirib. Türkiyə PKK və onunla işbirliyində olanların yerlərdəki vəziyyətdən öz xeyrinə istifadə etməsinə icazə verməyəcək. O xatırladıb ki, Türkiyə İŞİD-lə üz-üzə vuruşan yeganə NATO ölkəsidir. 

Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasında bütün sahələrdə əlaqələrin yaxşılaşdırılması istiqamətində Ankaranın səyləri yeni dövrdə də davam edəcək.

Prezident Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu vurğulayaraq əlavə edib ki, beynəlxalq ictimaiyyət Suriyada qurumların bərpası və yenidən qurulması üçün birlikdə çalışmalıdır.

P.ƏMİRCANOV
XQ

Dünya