İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək

post-img

Dekabrın 13-də İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayacaq. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

AZƏRTAC xəbər verir ki, strateji kommunikasiya sahəsi üzrə dünyanın qabaqcıl rəhbərləri, mütəxəssisləri və peşəkarlarını yenidən bir araya gətirəcək tədbirdə bu il “Kommunikasiya və Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya” mövzusu təhlil ediləcək.

“Stratcom 24” yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar və təcrübələr üzərində dayanmağı, eyni zamanda bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyir.

Sammitdə süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya və məlumat qarışıqlıqları ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Dünya