Bu tarixidir, Fransada hökumət Milli Assambleya tərəfindən senzuraya məruz qalıb. Bu, Emmanuel Makronun siyasətinin uğursuzluğunun yeni simvoludur. O, öz xalqının əleyhinə idarə edən varlıların prezidentidir, pensiya yaşını artıran prezidentdir. Makron sərvət vergisini ləğv edən və bərabərsizlikləri genişləndirən prezidentdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri belçikalı deputat Raul Edebuv (Raoul Hedebouw) parlamentdə çıxışı zamanı deyib.
“Avtoritar siyasət aparan, “sarı jiletliləri”, həmkarlar ittifaqlarını və onun anti-sosial siyasətinə qarşı çıxanların hamısını şiddətli repressiyaya məruz qoyan prezident. O, dövlət xidmətlərini və sosial büdcələri azaltmaqla hərbi büdcəni bir neçə milyard artırmaq istəyən prezidentdir.
İyun ayında Makron seçkilərin nəticələrini inkar etmək və Yeni Xalq Cəbhəsinin qələbəsini tanımamaq qərarına gəldi. O, anti-sosial siyasətini davam etdirmək və RN (Milli Birlik partiyası-Marin Lö Pen) ilə müqavilə bağlamaq üçün qeyri-qanuni Baş nazir təyin etdi. Bu siyasət uğursuz oldu”, - deyən deputat vurğulayıb ki, Fransada yenidən xalq səfərbərliyi baş verir. Məktəblər, xəstəxanalar, hava limanları, idarələr, polis və hətta enerji sektorunda tətillər yenidən başlayır.
O, fransız işçilərlə həmrəy olduğunu bildirib. Qeyd edib ki, Fransada baş verənlər daha geniş böhrandır. Fransızların mübarizəsi bizim mübarizəmizdir. De Wever, Buşez və Makronun layihəsinə qarşı mübarizəmizi davam etdiririk. Deputat Prezident E. Makron uğursuz və avtoritar olduğunu diqqətə çatdırıb.