Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən mətbuata bildiriblər ki, Qrız kəndində qar örtüyünün hündürlüyü 12, Xınalıqda isə 1 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur düşüb. Ən minimal temperatur - mənfi 8 dərəcə Qrız kəndində qeydə alınıb.
XQ