Fidan NATO-nun toplantısında iştirak edəcək

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 3-4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Məlumatı “Anadolu” verib. 

Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, dekabrın 3-4-də Fidanın iştirak edəcəyi NATO xarici işlər nazirlərinin toplantısına İordaniya kralı II Abdullah da qatılacaq və ilk iclasda Yaxın Şərqdəki böhran, NATO ilə İordaniya arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdə Fidanın Suriyadakı çoxşaxəli problemləri, xüsusilə qeyri-sabitlik yaradan terror ünsürlərinin mövcudluğunu vurğulayacağı və Türkiyənin regionda qeyri-sabitliyin yayılmasının qarşısını almağa yönəlmiş mövqeyinə dəstək istəyəcəyi gözlənilir. O qeyd edəcək ki, Türkiyə Suriyada baş verənləri ölkənin ərazi bütövlüyü və birliyinin qorunması, terrorla mübarizə baxımından izləməyə davam edir.

Nazirin İsrail-Fələstin məsələsinə də toxunacağı bildirilir. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya