“Bloomberg”: Ərdoğan Ukraynada cəbhə xətti boyu atəşin dayandırılmasını təklif edəcək

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində Ukraynadakı münaqişənin hazırkı cəbhə xətti boyu dondurulmasını təklif edəcək. Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir. Məlumatı “Kommersant” yayıb. 

Onların sözlərinə görə, cənab Ərdoğan öz təşəbbüsünü bu gün, noyabrın 18-də G20 ölkələri liderlərinin görüşündə təqdim edəcək. Onun təklifinin digər təfərrüatları hələlik məlum deyil.

Agentlik qeyd edir ki, Türkiyə prezidenti NATO üzvü olan ölkənin hərbi münaqişənin müzakirəsinə qoşulan sonuncu lideri olub. “Bloomberg”in adı açıqlanmayan iki Avropa mənbəsinin məlumatına görə, daha çox məmur Ukrayna prezidenti Vladimir Zelenskinin Vladimir Putinlə “güzəştə getməli” olduğunu etiraf edir, çünki “hər iki tərəfin qəti qələbə qazana bilməyəcəyi aydındır”.

Sammit noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda keçiriləcək və tədbirdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Lavrov bildirib ki, Ukrayna münaqişəsinin təmas xətti boyunca dondurulması ehtimalı “yeni paketdə eynən Minsk razılaşmalarıdır”. 

“The Wall Street Journal” yazıb ki, 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası hərbi əməliyyatları dayandırmaq üçün bu variantı nəzərdən keçirir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya