Böyük Britaniya hökumətinin Türkiyə, Vyetnam və İraqın (əsasən Kürdüstan bölgəsi) rəsmiləri ilə qeyri-qanuni miqrantların Böyük Britaniyaya axınını ləngitmək üçün mümkün ödənişlər barədə danışıqlar apardığı güman edilir. Bu barədə noyabrın 17-də “Times” qəzeti məlumat yayıb.
Xəbəri XQ “İzvestiya.ru”ya istinadən verib.
Böyük Britaniyanın bBş naziri Kir Starmer deyib ki, London insanları öz ölkələrini tərk etməkdən və təhlükəli La-Manş boğazını keçməkdən çəkindirməklə düzgün iş görür.
Rio-de-Janeyroda keçirilən Böyük İyirmilik qrupunun (G20) sammitinə gedərkən Starmer jurnalistlərə deyib ki, Britaniya hökumətinin insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstələrlə mübarizə aparmaq planları da var.
P.ƏMİRCANOV
XQ