Səfir: Ukrayna münaqişəsinin həlli İstanbul razılaşmalarına əsaslanmalıdır

post-img

Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi, səfir Gennadi Qatilov bildirib ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibəyə son qoymaq üçün aparılan danışıqlar, ilk növbədə, yerdəki faktlara və İstanbulda əldə olunmuş razılaşmalara əsaslanmalıdır. Məlumatı “Anadolu” verib. 

Qatilov Rusiyanın BMT-nin Cenevrə Bölməsindəki Daimi Nümayəndəliyində bölmədə (ACANU) akkreditə olunmuş Mətbuat Attaşeləri Assosiasiyasının jurnalistləri ilə görüşüb.

Ötən həftə Donald Trampın ABŞ-ın 47-ci prezidenti seçilməsinə münasibət bildirən Qatilov bildirib ki, Rusiyanın Trampın seçilməsi və ABŞ-nin yeni hökuməti ilə bağlı heç bir illüziyası yoxdur.

Səfir qeyd edib ki, Rusiya indiyədək “Amerika seçkilərinə müdaxilədə” ittiham olunmayıb ki, bu da təəccüblü vəziyyətdir. 

Rusiya-Ukrayna müharibəsinə toxunan səfir ölkəsinin münaqişənini sonu və uzunmüddətli həlli ilə bağlı danışıqlara açıq olduqlarını bildirib: “Biz yalnız Ukraynanın Rusiya üçün təhlükə yaratmayan ölkə olmasını arzu edirik”.

P.ƏMİRCANOV
XQ

Dünya