Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Bakıda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
Məlumatı “Anadolu” verib.
Əminə Ərdoğan sosial şəbəkədəki yazısında bildirib ki, o, Bakıda Quterreşlə qlobal iqlim məqsədlərinə nail olmaq məsələlərini müzakirə edib.
“Baş katibə bu vacib prosesə rəhbərliyinə və konstruktiv töhfəsinə görə təşəkkür etmək istərdim, bu müddət ərzində ona rəhbərlik etdiyim BMT-nin Sıfır Tullantı Məsləhət Şurası tərəfindən aparılan işlər barədə məlumat verdim”, - deyə Əminə Ərdoğan yazıb.
P.ƏMİRCANOV
XQ