ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp keçmiş hərbi zabit və “Fox News” telekanalının şərhçisi Pit Heqseti müdafiə naziri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb. Məlumatı “Anadolu” verib.
Heqset ABŞ ordusunun müxtəlif qollarında, eləcə də İraq və Əfqanıstanda xidmət edib. Uzun illər veteranlarla bağlı proqramlar və tədbirlər təşkil edib. Qeyd olunur ki, Donald Trampın seçimi Amerika ictimaiyyəti üçün “sürpriz” olub.
Heqset 2025-ci il yanvarın 20-də Donald Trampın rəsmi andiçmə mərasimindən sonra Senatdan təsdiq aldıqdan sonra vəzifəsini icra edə biləcək.
Bundan əlavə, Tramp Cənubi Dakota ştatının qubernatoru Kristi Noemi növbəti kabinetində daxili təhlükəsizlik naziri vəzifəsinə seçib.
Tramp milyarder İlon Maskı və mühafizəkar fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edib. O deyib: “Bu iki böyük amerikalı birlikdə mənim administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, israfçı xərcləri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq üçün yol açacaq”, – söyləyib.
P.ƏMİRCANOV
XQ