Almaniya Kansleri Olaf Şolts və ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Tramp arasında telefon danışığı olub və onlar Avropaya sülhün qaytarılmasını müzakirə ediblər. Bu barədə ABŞ-nin “Barrons” jurnalı noyabrın 10-da kanslerin mətbuat katibi Steffen Hebestreit-ə istinadən məlumat yayıb.
Xəbəri “İzvestiya.ru” verib.
Mətbuat katibi bildirib ki, kansler hər iki hökumət arasında çoxillik uğurlu əməkdaşlığı davam etdirmək öhdəliyinə sadiqliyini vurğulayıb.
Tərəflər Almaniya-Amerika münasibətləri barədə də fikir mübadiləsi aparıb, “Avropaya sülhün” qaytarılması barədə ümumi nəticəyə gəliblər.
P.ƏMİRCANOV
XQ