Putin Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edəcəkmi?

post-img

RF prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ABŞ-nin seçkilərdə qalib gələn prezidenti Donald Trampı təbrik etmək planlarından xəbərsizdir. Eyni zamanda, o qeyd edib ki, ABŞ dost olmayan ölkədir, lakin cənab Putin ABŞ-la dialoqa açıqdır. Rusiya prezidenti ilə respublikaçı arasında telefon danışığının mümkünlüyü Amerika tərəfdən asılıdır.

Məlumatı “Kommersant” verib. 

“Prezidentin Trampı təbrik etmək planlarından xəbərim yoxdur. Unutmayaq ki, söhbət dövlətimizə qarşı birbaşa və dolayısı ilə müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, - Kreml nümayəndəsi mətbuata bildirib. 

Jurnalistlər Vladimir Putinin təbrik etmədiyi təqdirdə Trampın inciyəcəyini və bunun ölkələr arasında münasibətləri pisləşdirib-pələməyəcəyini soruşublar. Peskov cavab verib ki, “işləri daha da pisləşdirmək demək olar ki, mümkün deyil”, çünki onlar “tarixi baxımdan ən aşağı nöqtədə”dirlər.

“Bundan sonra nə baş verəcəyi ABŞ-ın növbəti rəhbərliyindən asılı olacaq. Prezident Putin dəfələrlə bildirib ki, o, ədalətlilik, bərabərlik və bir-birinin narahatlığını nəzərə almağa hazır olan konstruktiv dialoqa açıqdır. Prezident Putin bu münasibəti davam etdirir. Bunu bir neçə dəfə təsdiqləyib. Hazırda ABŞ administrasiyası diametral şəkildə buna qarşı çıxır. Yanvarda nə olacağını görəcəyik”, - deyə mətbuat katibi bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya