Noyabrın 5-də ABŞ-də 60-cı prezident seçkiləri keçirilir. Ölkə vətəndaşları həmçinin vitse-prezidenti, 468 konqresmeni, 11 əyalət qubernatorunu və yerli nümayəndələri seçməlidirlər. Məlumatı “Lenta.ru” verib.
Demokratlar Partiyasını seçkilərdə ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris və Harrisin qalib gələcəyi vitse-prezident olacağı gözlənilən Minnesota qubernatoru Tim Uolz təmsil edir. Respublikaçıları isə ABŞ-nin keçmiş dövlət başçısı (45-ci prezident) Donald Tramp və onun vitse-prezident görmək istədiyi Ohayo senatoru Ceyms Devid Vens təmsil edir.
1960-cı ildən bəri mövcud olan ənənəyə əsasən, Nyu-Hempşirdə seçkilər gecə yarısından dərhal sonra başlayıb. Dixville Notch-un qeydiyyatdan keçmiş altı sakininin hamısı artıq səs verib. Səslər bərabər bölünüb: üçü Harrisə, üçü Trampa.
P.ƏMİRCANOV
XQ