Böyük Britaniyada nüvə sualtı qayıqlarının olduğu gəmiqayırma zavodunda hərbi obyekt yanıb

post-img

Böyük Britaniyanın ən böyük müdafiə şirkəti BAE Systems-in ölkənin qərbindəki Barrou-in-Furness qəsəbəsində yanğın baş verib. “The İndependent” yazır ki, “Astute” və “Dreadnought” nüvə sualtı qayıqlarının yerləşdiyi gəmiqayırma zavodu var.

Kumbria dairəsinin polisi öz saytında bildirib ki, insident yerli vaxtla saat 0:44-də (29 oktyabr Bakı vaxtı ilə 22:44) baş verib. Heç bir nüvə təhlükəsi yoxdur. Şirkətin iki əməkdaşı tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Müəssisəyə gedən körpülərdən biri bağlanıb. Polis yaxınlıqdakı evlərin sakinlərinə küçəyə çıxmamağı və pəncərələri açmamağı tövsiyə edib.

S.ELAY

XQ

Dünya