Ərdoğan: TUSAŞ-a hücum terrorun kökünü kəsmək əzmimizi daha da gücləndirdi

post-img

Türkiyənin aerokosmik şirkəti TUSAŞ-ın Ankaradakı obyektinə edilən terror aktı Türkiyənin terrorizmin kökünü kəsmək əzmini və öhdəliyini daha da gücləndirdi. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tatarıstanın paytaxtı Kazanda keçirilən “Autreach/BRICS plus” formatında görüşdə deyib. Məlumatı “Anadolu” verib. 

“Bu qorxaq hücum Türkiyənin terrorizmin kökünü kəsmək əzmini və öhdəliyini daha da gücləndirdi”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan dünən Türkiyənin paytaxtında törədilən məkrli terror aktı ilə əlaqədar başsağlığı verən və həmrəylik nümayiş etdirən bütün dostlara təşəkkür edib.

“Yaxın Şərqdə axan qan dayandırılmayana qədər ədalət, sülh və ya gələcək üçün inkişafdan danışa bilmərik”, - deyə prezident vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, ədalətli dünya nizamı və inkişafı yalnız sərhədlərdən kənarda sülh və təhlükəsizliyin təmin edilməsi ilə mümkündür.

Ərdoğan BRİKS-ə üzv ölkələr arasında BMT çərçivəsində İsrailə silah satışını dayandırmaq təşəbbüsünü açıqlayıb və bu məsələdə bu ölkələrin dəstəyinə inandığını bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya