Ostin Roma papası ilə təhlükəsizlik problemlərini müzakirə edib

post-img

ABŞ-ın müdafiə naziri Lloyd Ostin katoliklərin ruhani lideri və Vatikanın rəhbəri papa Fransisklə dünyada artan təhlükəsizlik problemlərini müzakirə edib. Məlumatı “Anadolu” verib. 

Pentaqonun mətbuat xidməti bildirib ki, Ostin Vatikanda Papa Fransisklə görüşüb. Tərəflər qlobal təhlükəsizlik məsələləri ilə bağlı ümumi narahatlıqlarını ifadə edib və münaqişələrdən təsirlənən regionlarda sülh və sabitliyin təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Müharibə və münaqişələrdən əziyyət çəkən insanların əzablarını yüngülləşdirmək üçün davamlı əməkdaşlığın zəruriliyi qeyd edilib, həmçinin qlobal münaqişələrin həllində dialoq və razılaşmanın vacibliyi vurğulanıb.

Ostin Vatikanın münaqişələrdən zərər çəkmiş mülki şəxslər üçün göstərdiyi humanitar səyləri yüksək qiymətləndirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya