Oktyabrın 21-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli hücum pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə Kiyevə kütləvi hücum edib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevdə partlayış səsləri eşidilib. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun yaydığı məlumata görə, zərərsizləşdirilən PUA-ların qalıqları evlərə ziyan vuraraq yanğına səbəb olub, xəsarət alan var.
Bildirilib ki, Rusiyanın 10-a yaxın PUA-sı müxtəlif istiqamətlərdən paytaxta yaxınlaşıb.
Dağıntılar, xüsusilə, şəhərin Dnepr, Qoloseyevski və Solomenski rayonlarında qeydə alınıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev