45 terrorçu zərərsizləşdirilib, 2-si təslim olub

post-img

Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində keçirdiyi əməliyyatlar zamanı Şimali İraq və Suriya da daxil olmaqla 45 terrorçu zərərsizləşdirilib. Bu barədə brifinqdə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk bildirib. Məlumatı “Anadolu” verib. 

O qeyd edib ki, Türkiyə Müdafiə Nazirliyi ona tabe olan bütün strukturlar, eləcə də dövlət qurumları ilə birlikdə ölkənin təhlükəsizliyini təmin etməkdə davam edir.

Aktürk terrorla mübarizə çərçivəsində həyata keçirilən və xaricdən gələn təhdidlərin aradan qaldırılmasına yönəlmiş əməliyyatların qətiyyətlə davam etdiyini vurğuladı.

Onun sözlərinə görə, bu il yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların ümumi sayı 2194-ə çatıb.

Aktürk əlavə edib ki, Şimali İraqdakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu silahlarını yerə qoyaraq, Xabur bölgəsində Türkiyə hərbçilərinə təslim olublar.

P.ƏMİRCANOV
XQ

Dünya