Zaxarova: Zelenskinin “qələbə planı” uyğunsuz şüarlar toplusudur

post-img

Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı” uyğunsuz şüarlar toplusudur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Xəbəri “Amadolu” verib. 

“Bu, plan deyil, bir-birinə uyğun olmayan şüarlar toplusudur”, - Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, Ukrayna prezidentinin təqdim etdiyi plan NATO-nu Rusiya ilə birbaşa münaqişəyə sövq edir. 

Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdəki mövcud vəziyyətə görə məsuliyyət daşımalıdır.

“Böyük müharibə təhlükəsi hələ də qalır. İsrailin hərbi-siyasi rəhbərliyinə ayılmaq üçün təsir göstərə bilən xarici qüvvə, məhz ABŞ, birbaşa məsuliyyətdən qaçır. Hazırda regionda bu kontekstdə baş verən hər şey ABŞ-ın birbaşa məsuliyyət sahəsidir”, - deyə o qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya