Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki köşkə gəlmiş bir nəfərin oradan 700 manat dəyərində lotereya biletlərini soyğunçuluq yolu ilə talayaraq “BMW” markalı avtomobilə əyləşərək uzaqlaşması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməri yayıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, “BMW” markalı avtomobilin sürücüsü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 24 yaşlı T.Məmmədov və sərnişini olan 27 yaşlı İ.Xıdırov müəyyən olunaraq saxlanılıb.
Onların Masazır qəsəbəsində daha bir köşkdən soyğunçuluq etmələri də məlum olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsində bir nəfərin bank kartından 100 manatını oğurlamaqda şübhəli bilinən 29 yaşlı qadın da müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ