Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 13-də Binə qəsəbəsi ərazisində mağazaların birindən 500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti verib.
Binəqədi qəsəbəsindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşları şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı E.Rəvanovu saxlayıblar.
Səbail rayonu ərazisində isə mağazaların birindən 7000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı İ.Əmiraslanovu saxlayıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ