“Spiegel” qəzeti: Almaniya son bir neçə ildə ilk dəfə Türkiyəyə genişhəcmli silah ixracına razılıq verib

post-img

Almaniyanın "Spiegel" qəzeti Türkiyəyə silah ixracını xeyli müddətdir məhdudlaşdıran federal hökumətin son illərdə ilk dəfə genişhəcmli silah satışına razılıq verdiyini iddia edib.

AZƏRTAC xəbər verir ki, qəzetin məlumatında Almaniyanın NATO-dakı müttəfiqi Türkiyəyə silah ixracına dair razılığın Federal Təhlükəsizlik Şurasının qapalı iclasında qəbul olunduğu qeyd edilib. Həmin silahlar arasında hava hücumundan müdafiə raketləri, Türkiyənin Hərbi Dəniz Qüvvələri üçün torpedolar, sualtı qayıqların modernləşdirilməsi üçün lazımi avadanlıqların yer aldığı bildirilib. Raketlərin qiymətinin 100 milyon avro olduğu ehtimal edilir. "SeaHake" tipli 28 torpedonun ümumi dəyəri isə 156 milyon avro təşkil edir. Sualtı qayıqların modernləşdirilməsi üçün lazımi avadanlıqla birlikdə ixrac paketinin ümumi dəyərinin 336 milyon avro olduğu bildirilib.

Dünya