Peskov: Putin və Baydenin mümkün görüşü ilə bağlı heç bir ilkin şərt yoxdur

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RBK-nin müxbirinin sualını cavablandırarkən bildirib ki, ABŞ və Rusiya liderləri Co Bayden və Vladimir Putinin G20 sammitində görüşünün müzakirəsi üçün heç bir ilkin şərt yoxdur, belə söhbətlər aparılmayıb. 

“Bu məsələ ilə bağlı heç bir danışıq olmayıb və hazırda heç bir ilkin şərt yoxdur, baxmayaraq ki, prezident dəfələrlə bütün təmaslara açıq olduğunu bildirib”.

Peskov oktyabrın 3-də G20 və ya ATES sammitində Putinlə mümkün görüşdən imtina etməyən Baydenin sözlərini belə şərh edib. Bununla belə, ABŞ prezidenti Rusiya liderinin həmin tədbirlərə gələcəyinə şübhə edib.

Peskov əlavə edib ki, Putinin sammitdə iştirakı ilə bağlı hələ qərar verilməyib.

P.ƏMİRCANOV
XQ

 

Dünya