Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmələri tövsiyə edilib.
Aviadaşıyıcılara alternativ marşrutlar seçmək, həmçinin bu regionda uçuşlarla bağlı əvvəllər göndərilmiş təlimatlara və tövsiyələrə riayət etmək təklif olunub.
“Air Astana” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətin diqqətlə təhlilinə və Qazaxıstan Aviasiya Administrasiyasının tövsiyələrinə əsaslanaraq, Dubaya uçuşları İranın hava məkanından yan keçməklə həyata keçirmək qərarına gəldiyini açıqlayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana