Sabah Siqeru İsiba Yaponiyanın yeni baş naziri təsdiq olunacaq

post-img

Yaponiyanın Lideral Demokrat Partiyasının yeni seçilmiş sədri Siqeru İsiba oktyabrın 27-də parlament seçkilərinin təşkili planı ilə bağlı mətbuat konfransı keçirəcəyini elan edib. Bu barədə Yaponiya mətbuatına istinadən “İnterfaks.ru” xəbər verib.

O deyib: “Yeni administrasiya mümkün qədər tez ictimaiyyətə təqdim olunmalıdır. Şərait imkan versə, mən növbəti ümumxalq seçkisini 27 oktyabrda keçirmək istəyərdim”.

Oktyabrın 1-də LDP və onun müttəfiqi “Komeyto” partiyasının nəzarətində olan hər iki parlament palatası növbədənkənar iclasda İsibanı baş nazir seçəcək. 

Bu gün İsiba LDP-nin rəhbər kadrlarının tərkibini yeniləyib. Sabiq baş nazir Yosixide Suqa partiya sədrinin müavini, daha əvvəlki baş nazir Taro Aso isə sədrin müşaviri təsdiq edilib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya