Somali Türkiyənin bu ölkəyə verdiyi dəstəyi yüksək qiymətləndirir. Bunu Somalinin müdafiə naziri Abdulkadir Məhəmməd Nur Azərbaycanın paytaxtı Bakıda keçirilən ADEX 2024 beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində “Anadolu” aAgentliyinin müxbiri ilə söhbətində deyib.
Onun sözlərinə görə, ölkədəki bütün siyasi qüvvələr bu mövqedən çıxış edirlər.
Nazir qeyd edib ki, Türkiyənin dəstəyi ölkənin inkişafında və terrorla mübarizədə mühüm rol oynayır: “Bu, Somalinin sülh və təhlükəsizlik axtarışında əsas sütunlardan biridir”.
Nurun sözlərinə görə, Türkiyə təkcə Somalidə deyil, beynəlxalq arenada da sülh və sabitliyin təmin olunmasına töhfə verir: “Somalinin təhlükəsizliyi Afrika Buynuzu və bütün regionun sabitliyi üçün çox vacibdir və Türkiyənin davamlı dəstəyi bizi bu mübarizədə gücləndirir”
Nazir qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın 2011-ci ildə Somaliyə tarixi səfərindən sonra iki ölkə arasında əlaqələr, ilk növbədə, hərbi və müdafiə sahəsində daha da dərinləşərək yüksək strateji səviyyəyə çatıb.
P.ƏMİRCANOV
XQ