Birləşmiş Ştatlar və müttəfiqləri beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasını dayandırmaq qərarına gəliblər. Keçid dövrü sentyabrda başlayacaq və bir il davam edəcək. Bu barədə sentyabrın 27-də xüsusi brifinq zamanı Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
Qeyd olunur ki, bu addım qoşunların çıxarılması demək deyil deyil. Hazırda İraqda 2500-ə yaxın, Suriyada isə koalisiyanın tərkibində 900-ə yaxın Amerika hərbçisi var.
“Bu, keçid dövrüdür. Bu, koalisiyanın hərbi missiyasından Birləşmiş Ştatlar və İraq arasında genişlənmiş ikitərəfli təhlükəsizlik münasibətlərinə keçiddir”, - deyə ABŞ rəsmisi qeyd edib.
P.ƏMİRCANOV
XQ