Ərdoğanın BMT BA-nın sessiyasında keçirdiyi görüşlər

post-img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirib. Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri ilə Serbiya prezidentləri Aleksandr Vuçiç, İran Məsud Pezeşkian, Ukrayna prezidenti Vladimir Zelenski və Qvineya-Bisau rəhbəri Sissoko Embalo arasında görüşlər olub.

Prezident Ərdoğan Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Giorgia Meloni, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Küveytin vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah, Pakistanın baş naziri Şahbaz Şərif, Albaniyanın baş naziri Edi Rama ilə danışıqlar aparıb. 

Livanın Baş naziri Nəcib Mikati, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani, Ermənistanın Baş naziri Nikol Paşinyan, Sudanın Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan, BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanla Ərdoğanın görüşləri də uğurlu alınıb.

P.ƏMİRCANOV
XQ

Dünya