Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyi dəyişməz olaraq qalır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Krım Platforması sammitinin iştirakçılarına videomüraciətində deyib.
Məlumatı “Anadolu” verib.
Dövlət başçısı vurğulayıb ki, Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir.
Türkiyə lideri qarşıdakı dövrdə “Krım tatar türklərinin hüquqlarının gücləndirilməsi üçün əlavə addımların atılacağına” ümid etdiyini bildirib.
Prezident Ərdoğan qeyd edib ki, “Türkiyə müharibənin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə başa çatmasını səmimi qəlbdən arzulayır”.
P.ƏMİRCANOV
XQ