Şolts yenidən Rusiyanın danışıqlarda iştirakını təklif edib

post-img

Ukrayna münaqişəsini həll etmək üçün yeni konfrans təşkil etmək lazımdır, Rusiya tərəfi də orada iştirak etməlidir. Bu barədə sentyabrın 11-də Bundestaqda büdcə müzakirələri zamanı çıxış edən Almaniya kansleri Olaf Şolz bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Bir daha deyirəm. İndi hansı imkanların mövcud olduğunu araşdırmalı olduğumuz an, vaxtdır. Düzdür, Ukrayna prezidenti də deyib və mən bunu bir daha təkrar edirəm ki, bizə daha bir sülh konfransı lazımdır. Rusiya isə danışıqlar masası arxasında olmalıdır”, - deyə siyasətçi bildirib. 

Şoltsa görə, danışıqların təşkili məhz Almaniyanın baş verənləri dəqiq müəyyən etmək üçün öhdəsindən gəlməli olacağı vəzifədir.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya