Fox News kanalı ABŞ prezidenti postuna namizədlər Donald Tramp və Kamala Harris arasında növbəti seçki debatı keçirməyi təklif edib. AZƏRTAC xəbər verir ki, telekanal bununla bağlı artıq hər iki namizədin seçki qərargahına məktub göndərildiyini bildirib.
Fox News görüşün keçirilmə vaxtı və yeri üçün üç variant təklif edib: 9 oktyabr - Arizona, 15 oktyabr – Corciya, 16 oktyabr - Şimali Karolina. Debatlar 90 dəqiqə ilə məhdudlaşacaq və namizədlərə əvvəlcədən hazırlanmış qeydlərdən istifadə etməyə icazə verilməyəcək. Qeyd olunur ki, Fox News hər iki namizədi telekanalın meydançasında seçicilərlə görüş keçirməyə də dəvət edib.
Harris və Tramp arasında ilk seçkiqabağı debat sentyabrın 10-da baş tutub. ABC News tərəfindən Filadelfiyada təşkil edilən debat Amerikanın bütün əsas informasiya telekanalları tərəfindən canlı yayımlanıb.
Namizədlər debatların ikinci raundu ilə bağlı hələlik razılığa gələ bilmirlər.