Çinin Ayda su layihəsi

post-img

Çinin “Change-5” missiyası Yerə Ay tor­pağından nümunələr gətirib. Çin Elmlər Akademiyasının alimləri müəyyən ediblər ki, torpaqdakı mineralların tərkibində çoxlu miqdarda hidrogen var və onlar qızdırıldıq­da digər elementlərlə reaksiyaya girərək su buxarı əmələ gətirir. Bildirilib ki, 1 ton Ay torpağından təxminən 51–76 kiloqram su is­tehsal etmək mümkündür. Bu həcm 100-dən çox 500 millilitr su şüşəsi və ya 50 nəfər üçün içməli suyun gündəlik dozasıdır.

Hazırda Çin Beynəlxalq Ay Tədqiqat Stansi­yasının (ILRS) tikintisinin əsasını qoyacaq yeni texnologiyalar üzərində çalışır. 2035-ci ilə qədər Ayın cənub qütbündə "baza stansiyası" qurulacaq. 

Çinin uğurları isə Vaşinqtonu narahat edir. NASA-nın rəhbəri Bill Nelson dəfələrlə Pekinin kosmik proqramının sürətli inkişafından və Peki­nin Ayda ən zəngin resurslar olan ərazidə yerləş­məsindən narahatlığını bildirib.

PÜNHAN
XQ

Dünya