İstanbul boğazında hərəkət bərpa edilib

post-img

“Sredina” tankerində baş verən fövqəladə hadisədən sonra İstanbul boğazında gəmilərin hərəkəti şimal-cənub istiqamətində bərpa edilib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.  Xəbəri “Anadolu” verib. 

Nəşr bildirir ki, bazar ertəsi saat 00.01-dən İstanbul boğazı ilə gəmilərin hərəkəti bərpa edilib.

Bildirilir ki, “Sredina” tankeri təhlükəsiz şəkildə Türkeli Dəmir estakadasına çəkilib, əməliyyat İstanbul Gəmi Hərəkətinə Nəzarət Mərkəzi ilə koordinasiya əsasında həyata keçirilib.

Avqustun 25-nə keçən gecə yerli vaxtla saat 22.40-da boğazdan hər iki istiqamətdə keçidin müvəqqəti dayandırıldığı elan edilib.

Panama bayrağı altında üzən 171 m uzunluğunda tankerin mühərrik nasazlığı səbəbindən sıradan çıxdığı qeyd edilib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya