Rusiya prezidenti Vladimir Putinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı olub. Söhbət zamanı iki ölkə arasında enerji mövzusuna vurğu edilərək qarşılıqlı əməkdaşlıq müzakirə edilib. Bu barədə avqustun 26-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
“İzvestiya.ru”nun məlumatına görə, Peskov deyib: “Prezident bu gün Novo-Oqarevoda (iqamətgahında) işləyir, o, artıq qazaxıstanlı həmkarı Tokayevlə telefonla danışıb. Biz yaxın dəqiqələrdə müvafiq mesaj verəcəyik, onlar enerji məsələlərində əməkdaşlığa diqqət yetirməklə, Rusiya və Qazaxıstan arasında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etməyə davam ediblər”, - Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl, Putin Qazaxıstan prezidenti ilə iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün gəldiyi Astanada danışıqlar aparıb.
P.ƏMİRCANOV
XQ