Moldova Prezidenti Maya Sandu koronavirusa görə Respublikanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. Bu barədə onun administrasiyasının rəhbəri Adrian Balutel avqustun 26-da özünün Telegram kanalında məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Prezident Maya Sandu Covid olduğunu açıqladı. O, özünü yaxşı hiss edir və evdən işləməyə davam edir. Moldova Respublikasının Müstəqillik Gününün qeyd olunması ilə bağlı bütün tədbirlər müəyyən edilmiş tarixlərə uyğun olaraq davam etdiriləcək”, - Balutel yazıb.
Respublikanın Müstəqillik Günü avqustun 27-də qeyd olunur və üç günlük bayram tədbirləri ilə müşayiət olunacaq.
P.ƏMİRCANOV
XQ